14 Avqust 2017 10:17
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Fransadakı səfiri Eki Siradze-Delone Parisdə oğruların hücumuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxslər motosikletlə səfirin avtomobilinə yaxınlaşıb, maşının şüşəsini qıraraq oradan Deloneyə məxsus diplomatı oğurlayıblar.

Hadisə zamanı səfir xəsarət almayıb. Polis tərəfindən aparılan axtarışlar nəticəsində səfirin diplomatı bir neçə küçə aralıda aşkar edilib.

Faktla bağlı araşdırmalar davam edir.


Müəllif: Samir