14 Avqust 2017 20:49
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanıb.

APA-nın yerli bürosunun ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi məlumata görə, buna səbəb Dəryal dərəsində müşahidə olunan kəskin hava şəraitidir.

Sərhəd-keçid məntəqəsinin əməkdaşları və ətrafdakı insanlar təxliyə olunub.

Qeyd edək ki, son günlər “Kazbeqi” sərhəd-keçid məntəqəsində turizm mövsümü ilə əlaqədar sıxlıq müşahidə olunurdu.


Müəllif: Teleqraf.com