14 Avqust 2017 22:17
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ağır yol qəzası olub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ağrı vilayətinin Palandökən qəsəbəsində baş verib. Ağır tonnajlı yük maşının daşıdığı qaldırıcı kran mikroavtobusun üstünə düşüb.

Qəza nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 4-ün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com