14 Avqust 2017 22:31
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həcc ziyarətinə gedən 31 nəfər dünyasını dəyişib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hələlik xarici ölkələrdən olan zəvvarların ölüm səbəbi açıqlamayıb.

Məlumata görə, bu il Həcc ziyarətinə təxminən 1.1 milyon insan gedib. Onlardan təxminən 614 mini hava yolu, 8 mini quru və 487-si isə dəniz yolundan istifadə edib.


Müəllif: Teleqraf.com