15 Avqust 2017 17:07
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:55

İstanbulda silahlı şəxs binanın damından ətrafa atəş açır.

Teleqraf.com "İhlas xəbər" agentliyinə istinadən bildirir ki, Əsənyurdda binanın damına çıxan orta yaşlı, saqqallı şəxsin atəşə son qoyması və oradan aşağı düşməsi üçün danışıqlar aparılır. Onun açdığı atəş nəticəsində ərazidəki avtomobillərə ziyan dəyib. Məhəllə sakinləri təşviş içərisindədir. Hazırda həmin şəxsin bu hərəkətlərinə son qoyması üçün danışıqlar davam etdirilir.

***

İstanbul polisi Əsənyurdda binalardan birinin damına çıxaraq, ətrafa atəş açan şəxsi həbs edib.

Əməliyyat zamanı hadisənin baş vediyi əraziyə təcili yardım maşınları çağırılıb. Yaxın küçələrdə hərəkətə məhdudiyyət qoyulub. Polis dəstəsinin keçirdiyi əməliyyatla atəş açıb əhali arasında təşviş yaradan şəxs saxlanılıb.


Müəllif: Nahid