17 Avqust 2017 00:34
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika ölkəsi Syerra Leonenin paytaxtı Freetounda baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 400-ə çatıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Syerra Leonenin Qızıl Xaçının yaydığı açıqlamada paytaxtın Regent bölgəsində indiyədək 312 nəfərin meytinin çıxarıldığı bildirilib. Tapılan cəsədlərin 100-dən çoxu uşaqlara məxsusdur.

Dövlət başçısının müavini Victor Bockarie Foh da torpaq altında hələ də yüzlərlə insanın ola biləcəyi barədə narahatlığını dilə gətirib.

Bölgədə çoxlu sayda ev torpaq altında qalıb.

Xilasetmə işlərində əsgərlərin də iştirak etdiyi bildirilir.


Müəllif: Teleqraf.com