18 Avqust 2017 11:02
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

08.17 22:04

Polis Barselonada, Las Ramblas turizm bölgəsində avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirib.

Teleqraf.comxəbər verir ki, bu barədə "El Pais" nəşri Mülki Qvardiyadakı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, bu, Driss Oukabirdir. O, avtomobili Barselona vilayətinin Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.

***

İspaniya polisi Ripol şəhərində Barselonadakı terror aktı ilə əlaqədar şübhəli bilinən daha bir şəxsi saxlayıb.

Qeyd edək ki, o, Barselona şəhərində mikroavtobusu kütlənin üzərinə sürüb. Hadisə nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb.


Müəllif: Teleqraf.com