17 Avqust 2017 23:47
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı İspaniyanın Barselona şəhərində 13 nəfərin ölümü və azı 80 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsinin məsuliyyətini öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İŞİD açıqlama yayıb. İŞİD-in açıqlamasını "Reuters" agentliyi yayıb.

Qeyd edək ki, terror aktı zamanı 13 nəfər ölüb. 80-dən çox yaralı var.

Terror aktını törətməkdə şübhəli bilinənlərdən biri həbs edilib, digəri isə polislə baş vermiş atışmada öldürülüb.


Müəllif: Teleqraf.com