24 Aprel 2014 16:26

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Türkiyənin Diyanət İşləri Başkanının müavini Mehmet Əmin Özavşar və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibində Diyanet Başkanlığı xarici əlaqələr şöbəsinin müdiri Mehmet Paçaçı və Diyanət İşləri Başkanının Quran Mətnlərinin şərhi və Qiraəti qurumunun rəhbəri Hafiz Osman Şahin daxildir.

Qardaş ölkənin təmsilçiləri Qafqazın mənəvi mərkəzi olaraq dəyərləndirdikləri Azərbaycana səfərə hər zaman böyük önəm verdiklərini bildiriblər. A. Paşazadənin dini lider olaraq Azərbaycan-Türkiyə mənəvi əlaqələrinin inkişafına verdiyi töhfələri xüsusi vurğulayan qonaqlar QMİ ilə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanlığı arasında əlaqələrin yüksək səviyyəsindən razılıqlarını bildiriblər. Səmimi şəraitdə keçən görüşdə həmin əlaqələrin bundan sonra da qorunub saxlanılması, qardaş xalqlarımızın ümumi mənafeləri naminə daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

BƏXTİYAR


Müəllif: