18 Avqust 2017 20:20
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib.

Kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati təhlükəsi yoxdur. Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfildən vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com