18 Avqust 2017 21:58
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselonada baş vermiş terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb.

Teleqraf.com Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mətbuat orqanları məlumat yayıb.

Qeyd edək ki, ötən gün Barselona şəhərində naməlum sürücü idarə etdiyi avtomobili kütlənin üzərinə sürüb. Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində ilkin məlumata görə 13 nəfər ölüb və 119 nəfər yaralanıb.

Sürücü hadisə yerindən qaçıb. İspan polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində o və daha bir neçə terrorçu zərərsizləşdirilib.

İspaniya hökuməti hadisənin terror aktı olduğunu açıqlayıb.


Müəllif: Teleqraf.com