18 Avqust 2017 23:32
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 468 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində mətbəx əşyaları və tavanı 50 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com