18 Avqust 2017 22:16
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda orta yaşlı kişi avtobusu dayanacaqdan kənarda saxlamadığı üçün sürücünü və onu müdafiə edən digər sərnişinləri silahla hədələyib.

Teleqraf.com xəbər verir ki, hadisə "Bakubas"a məxsus marşrut avtobusunda olub. Silahlı şəxsin dediklərindən belə anlaşılır ki, sürücü ona əli ilə "olmaz" işarəsi edib. O isə bunu özünə təhqir hesab edib və dayanacaqda avtobusa minərək sürücü ilə "haqq-hesabı" həll etmək istəyib. Silahlı şəx hətta sürücünü müdafiə edən sərnişinləri də silahla hədələməkdən çəkinməyib.


Müəllif: Teleqraf.com