19 Avqust 2017 10:49
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda döyülmə hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qızının yaşadığı ünvana gedən Samitə Sadıqova naməlum şəxslərlə qarşılaşıb və onlar tərəfindən döyülüb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib. Faktı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi araşdırır.


Müəllif: Teleqraf.com