19 Avqust 2017 09:48
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Life” telekanalı yayımını dayandırması barədə məlumat yayıb.

Teleqraf.com-un məlumatına görə, telekanal izləyicilərini xəbərlərinə saytdan, yaxud sosial şəbəkələrdən izləməyi tövsiyə edib.

Qeyd edək ki, “Life” telekanalının daxil olduğu “News Media” holdinqinin baş direktorunun birinci müavini Anatoli Süleymanov bir müddət öncə inkişaf strategiyası çərçivəsində “Life” media layihəsinin efir fəaliyyətini dayandıracağını açıqlamışdı.

Bu telekanal Azərbaycan ictimaiyyətinin yadında işğal altında saxlanılan Dağlıq Qarabağla bağlı saxta məlumatlar yayması ilə qalıb.


Müəllif: Səxavət