19 Avqust 2017 10:25
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın da azğınları var, Ermənistanın da. Savaş və müharibə istəyirlər. İçlərində faşist də var. Nə zaman sevgidən, sülhdən və qardaşlıqdan danışsaq, ermənilərdə azəri nifrəti, azərilərdə isə erməni nifrəti görərik. Amma hamsında deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri özünü dinçi adlandıran Adnan Oktar Qarabağ münaqişəsindən danışan zaman deyib. O, Ermənistan və Azərbaycanı bir təbəqəyə qoyaraq, hər iki dövləti kasıb adlandırıb:

“Məsum insanlardan nə istəyirsiniz? Ermənistan çox soyuq bir ölkədir, ermənilər də yazıqdır. Yüz minlərlə erməni gəlib Türkiyədə pul qazanıb öz ölkəsinə aparır. Amma bir qismi də köpək kimi davanın dərdindədir. Niyə müharibə edirsən? Sən də kasıbsan, o da kasıb.

Daim ətrafında sarı saçlı, açıq-saçıq geyinən onlarla eyni tipli xanımı gəzdirən Adnan Oktarın bu sözlərindın sonra bütün azərbaycanlı və türk mediası onu kəskin tənqid atəşinə tutub.

Teleqraf.com həmin videonu təqdim edir:


Müəllif: Teleqraf.com