19 Avqust 2017 13:58
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda minik avtomobili motosikletlə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 18-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Vahid İmranovun idarə etdiyi “UAZ” markalı avtomobillə 25-30 yaşlı kişinin idarə etdiyi motosiklet toqquşub.

Xəstəxanaya yerləşdirilən motosikletin sürücüsü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com