20 Avqust 2017 11:11
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahdağ Millli Parkında yanğın hadisəsi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.

Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.

Hazırda yanğın lokallaşdırılmaq üzrədir.


Müəllif: Teleqraf.com