20 Avqust 2017 12:37
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pauerliftinq üzrə dünya çempionu Andrey Draçyov Rusiyanın Xabarovsk şəhərində qətlə yetirilib.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, 32 yaşlı idmançıya küçədə içkili bir nəfər yaxınlaşıb və aralarında mübahisə düşüb. Daha sonra mübahisəyə həmin şəxsin dostları da qoşulub və onlar A.Draçyova hücum edərək onu vəhşicəsinə döyüblər.
Dünya çempionu xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən olan videonu təqdim edirik:


Müəllif: Teleqraf.com