20 Avqust 2017 12:52
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı müğənni Teylor Svift sosial şəbəkələrdəki bütün hesablarını dondurub.

Teleqraf.com-un məlumatına görə, ifaçı 250 milyondan çox izləyicisi ilə vidalaşmadan Feysbuk, Tvitter, İnstaqram hesablarını qəfildən bağlayıb. Bu addımını Teylorun depressiyada olması ilə əlaqələndirirlər. Belə ki, bir müddət əvvəl Svift müğənni David Müller tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirmiş və təzminat tələb edərək məhkəmədə qalib gəlmişdi.


Müəllif: Könül