20 Avqust 2017 20:43
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin Bergen muzeyindən Vikinqlər dövrünə aid 400 əşya oğurlanıb.

Teleqraf.com xəbər verir ki, oğurlanan əşyaların bazar dəyəri olmasa da, böyük tarixi əhəmiyyəti var.

Oğruların muzeyə yeddinci mərtəbədən daxil olduqları bildirilir.

Norveç polisi hadisə ilə bağlı araşdırma aparır.


Müəllif: Teleqraf.com