21 Avqust 2017 01:39
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində 5 ailənin məskunlaşdığı barak tipli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​


Müəllif: Teleqraf.com