21 Avqust 2017 10:43
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbi gəmisinin neft tankeri ilə toqquşması nəticəsində 5 əsgər yaralanıb, 10 əsgər itkin düşüb.

Teleqraf.com xarici mətbuata istinadən bildirir ki, Sinqapur sularında baş verən qəzadan sonra axtarış-xilasetmə tədbirləri başlayıb.

Hadisə yerli saatla bu gün 06:24-də baş verib. Məlumata görə destroyer tipli ABŞ hərbi gəmisi Sinqapura getmək üçün Malakka boğazından keçirmiş. Liberiya bayrağı altında üzən neft tankerilə də elə orda toqquşub.

ABŞ destroyerinin sol tərəfindən zədə aldığı bildirilir.

Qeyd edək ki, bu, son iki ayda ABŞ donanmasına məxsus ikinci toqquşma hadisəsidir.

Yaponiya sularında baş verən hadisədə isə USS Fitsgeard gəmisi konteyner gəmisilə toqquşmuş, 7 ABŞ əsgəri həyatını itirmişdi.


Müəllif: Elçin Murad