22 Avqust 2017 00:14
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsində baş verib.

99 GP 739 dövlət nömrə nişanlı Chevrolet -AVEO markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn KAMAZ markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində Chevrolet-AVEO markalı aşaraq yolun kənarına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb. Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.


Müəllif: Teleqraf.com