22 Avqust 2017 12:36
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə baku.ws-ə hadisə şahidləri məlumat veriblər.

"Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.

"Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, - deyə Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.


Müəllif: Teleqraf.com