22 Avqust 2017 14:33
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının mərkəzində mağaza yanır.

APA-nın məlumatına görə, hadisə Neftçilər prospektində, Kukla Teatrının yaxınlığında qeydə alınıb. Geyim əşyaları satılan mağazada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com