22 Avqust 2017 22:35
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada supermarketlərin piştaxta və anbarlarından milyonlarla yumurta yığışdırılaraq məhv edilib. Hollandiyaya 150 milyon avro həcmində ziyan dəyib, ümumilikdə Avropada 150 fermer təsərrüfatı müvəqqəti bağlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, problem Belçikadakı bir şirkətin fipronil adlı bit əleyhinə olan pestisidi "Dega-16" təmizlik məhluluna qatmasından qaynaqlanıb. Daha sonra şirkətin məhlulu Hollandiyanın məşhur təmizlik şirkətinə satdığı, ondan toyuq fermalarında istifadə olunduğu və yumurtaların tərkibində dəyişiklik yarandığı iddiası ortaya çıxıb.

Yumurta böhranı Fransa, İngiltərə, Avstriya, İrlandiya, Polşa, Lüksenburq, Rumıniya, İtaliya kimi 16 Avropa və 2 Asiya ölkəsinə yayılıb.

Son olaraq İtaliyanın Səhiyyə Nazirliyi laborator müayinə nəticəsində 114 yumurta nümunəsindən ikisində fipronil tapıldığını elan edib.


Müəllif: Mahir