23 İyul 2014 15:49
534

Rusiya Dövlət Duması ayda 1 milyon rubldan çox gəliri olan şəxslərin daha çox vergi ödəməsilə bağlı qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.


Qanun layihəsi qəbul olunacağı təqdirdə hazırda 13 faiz olan gəlir vergisi, 30 faizə qalxacaq.

Bu qanun Rusiya əhalisinin cəmi 2 faizinə şamil olunsa da, milyarderlərə ciddi zərbə vuracaq. Dövlət Dumasının deputatı Andrey Krutov verdiyi açıqlamasında qanunun qəbul olunmasının əsl səbəbinin regional büdcələrin möhkəmləndirilməsi olduğunu deyib. Onun sözlərinə görə, bu, həm də yeni regional büdcələrin yaranmasına gətirib çıxaracaq.

Qeyd edək ki, mart ayında Krımı özünə birləşdirən Rusiya Krım iqtisadiyyatını da öz çiyinlərinə yükləmişdi. Rusiyada əksər məmurlar maaşlarının kəsilərək Krıma yardım üçün göndərildiyini deyirlər.

Payızda səsverməyə çıxarılacaq qanun layihəsinin təsdiq olunacağı təqdirdə Rusiya 300-500 milyard rubl gəlir əldə edəcək.

/axar.az/


Müəllif: