29 Avqust 2017 13:56
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən Şaşmazın qətli ilə bağlı yeni faktlar ortaya çıxıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Filiz Ağər ötən il Amerikadan qayıdandan sonra özünə qəbir qazdırıb, məzar daşı qoydururb.

Qəbirstanlıqda ata-anasının yanında özünə “axirət evi” hazırlayan qadının psixoloji problemlər yaşadığı ortaya çıxıb.

“2 il öncə dərman içib intihara cəhd etdi, bəzi sıxıntıları vardı”, - deyən Filiz Ağərin yaxın dostu başqa məqamlara da toxunub. Fliz son zamanlar: “Ona (Vətən Şaşmaz nəzərdə tutulur) 3-4 milyon xərclədim. Kimsəyə vermərəm. Arvadından boşanmasa, onu öldürərəm”, - deyirmiş.

Qeyd edək ki, avqustun 27-də İstanbulun Beşikdaş rayonu ərazisindəki məşhur otellərdən birində tanınmış teleaparıcı Vətən Şaşmaz və onun sevgilisi Filiz Ağərin cəsədi tapılıb.

Ehtimallara görə, Şaşmaz sevgilisi, model Filiz tərəfindən belindən güllələnərək öldürülüb. Daha sonra model öz başına atəş açaraq intihar edib.


Müəllif: Elçin Murad