11 Sentyabr 2017 09:01
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada atışma baş verib.

Teleqraf.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, naməlum şəxs hərəkətdə olan avtomobildən yol kənarında oturan insanlara atəş açıb və nəticədə 9 nəfər yaralanıb.

Məlumata əsasən, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Cinayətkarın yaxalanması istiqamətində əməliyyata başlanılıb.


Müəllif: Teleqraf.com