11 Sentyabr 2017 10:32
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səfirlik avtomobili qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Moldovanın Bakıdakı səfirliyinə məxsus “Toyota Prado” markalı, 040 D 001 dövlət qeydiyyat nişanlı avtomobil “İnfiniti” markalı, 10 KH 066 dövlət nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdıra aparılır.


Müəllif: Teleqraf.com