Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü İsmayılov Elzamin Nəbi oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.