12 Sentyabr 08:29

Bir sıra “Android” smartfon istehsalçıları son qabaqcıl modelləri “High Dynamic Range” (HDR) rejimini dəstəkləyən ekranlarla təchiz etməyə başlayıb.

Teleqraf.com ICTnews-a istinadən xəbər verir ki, problem isə funksiyanın “Netflix” və oxşar servislər kimi yalnız bir neçə proqram tərəfindən dəstəklənməsindən ibarətdir.

Bundan başqa, “HDR” rejimini dəstəkləyən kontent indiyədək çox azdır və ya onun üçün ödəniş etmək tələb olunur. Lakin Yutub servisinin son yenilənməsi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən bəzi smartfonlara “HDR” rejimini dəstəkləyən videodan istifadəyə imkan verir.

“High Dynamic Range” funksiyasını dəstəkləyən videonun üstünlüklərini “Samsung Galaxy S8”, “Galaxy S8 Plus”, “Galaxy Note 8”, “LG V30”, “Sony Xperia XZ Premium”, “Google Pixel” və “Pixel XL” qurğularının sahibləri qiymətləndirə bilərlər. Hazırda “YouTube”da yeni funksiyanı yalnız qeyd edilən qurğular dəstəkləyir. Funksiyadan, həmçinin “Samsung Galaxy Tab S3” və “LG G6” qurğularında istifadə gözlənilir.

Qeyd edək ki, Yutub servisində hazırda “HDR” rejimini dəstəkləyən videoya az rast gəlinir.


Müəllif: Teleqraf.com