12 Sentyabr 00:26

Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri İo adasından 133 km cənub-şərqdə, ocağı isə 56 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.


Müəllif: Teleqraf.com