13 Sentyabr 2017 17:00
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə dəqiqə bundan əvvəl metronun “Qara Qarayev” stansiyasının yaxınlığında marşrut avtobusu od tutub.

Teleqraf.com-un məlumatına görə, qəfildən alışan avtobusu sərnişinlərin vaxtında tərk etməsi bədbəxt hadisələrin qarşısını alıb.

Avtobusun 38 saylı xətt üzrə hərəkət etdiyi bildirilir.

FHN-nin yanğınsöndürənləri dərhal hadisə yerinə gəlib və yanğının qarşısını vaxtında almaq mümkün olub.


Müəllif: Səxavət