13 Sentyabr 17:26

Myanma hökumətinin zülmündən qaçaraq Banqladeşə sığınmağa çalışan Arakan müsəlmanlarını daşıyan gəmi batıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Myanma polisinin nümayəndəsi Mayinudiin Xan məlumat verib.

Onun sözlərinə görə, hadisə Teknaf şəhəri yaxınlığında baş verib.

Naf çayında batan gəmidə olan müsəlmanlardan 9-nun cəsədi aşkar edilib. Ümumilikdə gəmidə neçə nəfərin olduğu məlum deyil.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Olayın səbəbləri məlum deyil.


Müəllif: Samir