14 Sentyabr 01:25
196

Türkiyədə tüfəngə ilanı öldürmək istəyən 12 yaşlı uşaq bilmədən üç nəfəri yaralayıb.

Teleqraf.com xəbər verir ki, ölkənin Siirt vilayətinin Yağmurtəpə kəndində yaşayan M.Y təndirdə çörək bişirən anası Fəridə Bağrıyanıkın harayına yetişib. Anasının "tındirin yanında ilan var, get, atanın tüfəngini gətir" istəyi ilə evdən silahı gətirən uşaq ilanı vurarkən müvazinətini itirərək ətrafdakılara xəsarət yetirib.

Nəticədə M.Y özü də daxil olmaqla anası Fəridə, 13 yaşlı qardaşı Cahit Bağrıyanık və 51 yaşlı Halimə Yılmaz yaralanıblar. Onlar dərhal yerli xəstəxanaya çatdırılıblar.


Müəllif: Teleqraf.com