14 Sentyabr 11:27

Tacikistan Prezidenti İmaməli Rəhmanın Darvaz rayonuna səfəri zamanı faciə yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezidentin vertolyotunun enişi zamanı küləyin gücündən Xoroq şəhər aeroportunun rəhbəri Dildor Maksudşoyev yerə yıxılıb və başı daşa dəyib. O, hadisə yerində ölüb.

Qeyd olunub ki, Maksudşoyev prezidenti qarşılayan nümayəndə heyətinin tərkibinə daxil imiş.


Müəllif: Samir