13 Aprel 2014 23:43

Ovik Abramyan Ermənistanın yeni baş naziri təyin edilib.

Bu gün hakim Respublika Partiyasının toplantısında prezident Serj Sərkisyan parlamentin spikeri Ovik Abramyanı hökumət başçısı vəzifəsinə irəli sürüb. Təklif yekdilliklə qəbul edilib.

O da məlum olub ki, Abramyanın sələfi Tiqran Sərkisyan diplomatik xidmətə keçirilib. /Musavat/


Müəllif: Teleqraf.com