16 Sentyabr 10:24

Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində kişi meyiti tapılıb.

Report-un məlumatına görə, qəsəbənin “D” yaşayış sahəsinin sakini, 60 yaşlı Sabir Səmədovun meyiti bu gün səhər saatlarında yaşadığı 13 saylı binanın blokunda aşkarlanıb.

Dərhal bu barədə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verilib. Qonşular mərhumun tüfeyli həyat keçirdiyini, həmişə içkili vəziyyətdə olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, S.Səmədovun oğlu Rauf Səmədov 2009-cu il oktyabrın 2-də özünü yaşadığı evin 9-cu mərtəbəsindən ataraq intihar etmişdi.


Müəllif: Teleqraf.com