16 Sentyabr 2017 11:16
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də ABŞ-a səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər zamanı Ərdoğanın bəzi mühafizəçiləri Türkiyə prezidentini qoruya bilməyəcək.

Buna səbəb Ərdoğanın Vaşinqtona səfəri zamanı yaşanan olaylardan sonra ABŞ məhkəməsinin verdiyi qərardır. Həmin səfər zamanı Ərdoğanın mühafizəçiləri ilə PKK terror təşkilatının tərəfdarları arasında insident yaşanmışdı. ABŞ məhkəməsi isə həmin insidentdə iştirak edən Türkiyə prezidentinin mühafizəçiləri haqqında həbs qərarı çıxarmışdı.


Müəllif: Samir