16 Sentyabr 2017 15:55
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda iki sərnişin avtobusu toqquşub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Gərmsar şəhəri yaxınlığında baş verib.

Məşhəd-Şəhriyar istiqamətində hərəkət edən sərnişin avtobusu qarşıdan gələn istehsal şirkətinin fəhlələrini daşıyan mikroavtobusla çırpılıb.

Hadisə zamanı 49 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisənin baş verməsinin səbəbləri məlum deyil.


Müəllif: Samir