17 Sentyabr 08:18

Atlantik okeanında, Cənubi Amerika və Karib dənizi sahilləri yaxınlığında "Mariya" tropik fırtınası formalaşıb.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Qasırğa Təhlükəsi Mərkəzindən bildiriblər.

Mərkəzin məlumatına görə, hazırda fırtına saatda 32 km sürətlə qərb istiqamətində irəliləyir. Meteoroloqlar da fırtınanın şidətləndiyi barədə proqnoz veriblər.


Müəllif: Zahid