17 Sentyabr 09:25

Yaponiya aviaşirkətləri ölkəyə yaxınlaşmaqda olan güclü "Talim" tayfunu səbəbindən reyslərin cədvəlində dəyişiklik etmək məcburiyyətində qalıblar.

Teleqraf.com xəbər verir ki, yerli NHK telekanalının məlumatına görə, hazırda 570-dən çox reys təxirə salınıb.

Bundan əlavə, tayfun keçib gedənə qədər Kumamoto və Kaqosimo şəhərləri arasında ekspresslərin hərəkəti dayandırılıb.
Ölkənin şimal-şərqində yerləşən bir sıra regionların sakinləri xüsusi hazırlanmış yerlərə təxliyyə olunublar.


Müəllif: Teleqraf.com