17 Sentyabr 2017 11:43
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda soyğunçuluq hadisəsi barədə polisə yalan məlumat verildiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini Elxan Həsənov soyğunçuluqla üzləşməsi barədə polisə şikayət edib. O, bildirib ki, sentyabrın 15-də 3 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Şikayətçinin sözlərinə görə, həmin şəxslər onun 60 manatını və qızıl üzüyünü alıblar.

E.Həsənov daha sonra izahatında pula ehtiyacı olduğu üçün qızıl üzüyünü 80 manata satdığını və polisə soyğunçuluq barədə yalan məlumat verdiyini etiraf edib.


Müəllif: Hacı