17 Sentyabr 2017 17:13
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt yeni raket sınağına etiraz edərək Şimali Koreya səfirindən ölkəni tərk etməsini tələb edib.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Küveyt Şimali Koreyanın diplomatik nümayəndəliyinin sayını azaltmaq qərarına gəlib. Ölkədə yalnız diplomatik missiyanın rəhbəri vəzifəsini icra edən və daha üç diplomat qalacaq.

Məlumata görə, Şimali Koreyanın səfiri bu qərardan xəbərdar olduğunu və sentyabrın sonuna qədər Küveyti tərk edəcəyini bildirib.


Müəllif: Teleqraf.com