17 Sentyabr 2017 20:53
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın paytaxtı Londonun cənubunda bir neçə nəfər havaya yayılmış kimyəvi maddədən zəhərlənib.

Teleqraf.com xəbər verir ki, zəhərlənələr xəstəxanaya yerləşdirilib. Hadisə yerində hazırda fövqəladə xidmət əməkdaşları araşdırma aparırlar.

Məlumata əsasən, polislər hadisə rayonda hərəkəti dayandırıblar. Yaxınlıqdakı evlərin evakuasiyası mümkündür.

Polislər kimyəvi maddənin havaya yayılmasının terrorla mümkün əlaqəsini araşdırırlar.


Müəllif: Teleqraf.com