18 Sentyabr 2017 23:33
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyanın Deyrizor bölgəsində Amerika əsgərlərinin olduğu ərazini bombalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ruslar İŞİD terrorçularını bombalamaq niyyətində olub, lakin həmin ərəfədə amerikalı əsgərlər də ərazidən bir neçə kilometr aralıda olub.

Yaralanan ABŞ əsgərlərini PYD-nin yan təşkilatı olan Suriya Demokratik Güclərinin tibb məntəqəsinə gətiriblər.

Xəbərə görə, ABŞ rəsmiləri Rusiyanın bu hücumu zamanı təsadüfən amerikalı əsgərləri hədəfə aldıqlarına inandıqlarını, bununla belə məsələni ciddi şəkildə araşdırdıqlarını bildirib.


Müəllif: Cavad