19 Sentyabr 2017 01:45
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürkün 2 metrlik heykəlini Antalyada, meşənin ortasında tapılıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, yıxılan və meşədə kimsəsiz bir yerə atılan heykəli Mustafa Çifci adlı şəxs təsadüfən tapıb. O, dərhal CHP-nin Antalya təşkilatına xəbər verib. Bundan sonra CHP nümayəndələri və jurnalistlər hadisə yerinə gəlib.

CHP-nin Antalya təşkilatının nümayəndəsi Mustafa Ərdəm polisə məlumat verib və bu hadisəni törədənlərin tapılmasını istəyib.

Atatürkün heykəlini tapan Mustafa Çifci isə meşədə gəzdikləri zaman bir heykəlin üzü üstə yerə atıldığını gördüklərini deyib. Bildirib ki, heykələ yaxınlaşdıqdan sonra onun Atatürkün heykəli olduğunu biliblər.

Qeyd edilir ki, Antalya polisi hadisə yerinə gəlib və araşdırmalara başlayıb.


Müəllif: Cavad