25 İyul 2014 10:20

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Vladimir Jirinovskinİn "Rusiya 24" telekanalının efirində son çıxışı həm Rusiyada, həm də Azərbaycanda ciddi ictimai maraq doğurub.

Məlumata görə, Jirinovski Ukraynada baş verən hadisələri şərh edərək, MDB ölkələrinin arasında müsbət nümunə kimi, Azərbaycanı xüsusi vurğulayıb:

"Real müsbət nümunə real var. Azərbaycanı götürün. Görün, hansı müvəffəqiyyətlər var! Orada bütün kəndlər təchiz edilmişdir, yeni komplekslər, o cümlədən, idman kompleksləri tikilir, bütün ölkə dəyişilib" – deyə, Vladimir Jirinovski bildirib. Onun sözlərinə görə, İlham Əliyevi dövlət başçısı seçmiş Azərbaycan xalqının düzgün seçimi ölkənin bu qədər çox sürətli inkişafının səbəbidir: "Mən hələ onun atasını da tanıyırdım, Heydər Əliyev – böyük azərbaycanlıdır".

Qeyd edək ki, Jirinovski proqramın lap əvvəlindən Azərbaycan haqqında müsbət fikirlər səsləndirib. Lakin nədənsə bu aparıcının ürəyincə olmayıb və o, mövzunu dəyişməyə çalışaraq, bildirib ki, bu fikirlər ermənilərin xoşuna gəlməyə bilər. Buna baxmayaraq, Rusiyanın Şərqdə və Qərbdə beynəlxalq ictimai rəyə yetərincə təsir imkanlarının söyləyən Jirinovski bir neçə dəqiqə sonra yenidən ölkəmiz barədə danışaraq, Azərbaycan mövzusuna qayıdıb: "Nə vaxt ki, mən bu ölkə haqqında danışıram, nədənsə sizin xoşunuza gəlmir. İlham Əliyev axı durub bizi nə təyyarəyə, nə də Ukraynaya görə tənqid etməyə başlamadı, halbuki ona təzyiq göstərirlər. Qalanları isə əksinə, dəstəkləyirlər – Moldova ilə Gürcüstan Avropa Birliyiylə Assosiasiya haqqında razılaşmaları imzalamağa tələsdilər. Bu, müxtəlif sovet respublikalarıdır. Güclü liderlə çiçəklənən Azərbaycan var, çünki onun atası güclü idi. Mən onun atasını şəxsən tanıyırdım – çox gözəl, çox dəyərli insan idi".

Qeyd edək ki, aparıcı Jirinovskini proqramda Azərbaycana çox diqqət ayırmaqda qınayıb və ondan Gömrük Şurasına Azərbaycanı daxil etməyin mümkünlüyü barədə sualı cavablandırmağı xahiş edib. Jirinovskinin müvafiq suala cavabı müsbət olub: "Perspektivdə, bu, əlbəttə, mümkündür. Hər halda, Rusiya və Azərbaycanın rəhbərlikləri arasında əla münasibətlər var, Xarici İşlər nazirliklərinin başçıları Dövlət Dumasının MDB üzrə komitəsinin rəhbəri Leonid Slutskiyin və Azərbaycanın rəhbərliyinin arasında yaxşı əlaqələr mövcuddur".

/publika.az/


Müəllif: